​“Kral Salman taxtı əldən verəcək” iddiası

Muxalifət.az xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salmanın gələn həftə tacını 32 yaşlı oğlu vəliəhd şahzadə Məhəmməd bin Salmana verəcəyi iddia olunur.
İngiltərənin “Deyli Meyl” qəzetinin krallıq ailəsinə yaxın bir mənbəyə istinad etdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl Səud siyasi səlahiyyətlərini 32 yaşlı oğlu vəliəhd şahzadə Məhəmməd bin Salmana verəcək.
İddiaya görə, Kral Salman bundan sonra Siyasətdə Böyük Britaniya kraliçası kimi bir rol sahibi olacaq və yalnız “Müqəddəs məbədlərin qoruyucusu” adından istifadə edəcək.
Vəzifəyə yeni gələcək kralın diqqətini Səudiyyə Ərəbistanının bölgədəki əzəli rəqibi İrana qarşı siyasətə yönəldəcəyi gözlənilir.