Kral Salman ölkədən qaçan baş nazirlə görüşdü

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud 4 noybrda istefa verən Livan Baş naziri Saad Həriri ilə görüşüb.
Muxalifət.az xəbər verir ki, görüşün hansı səbəbdən baş tutması hələlik məlum deyil.
Qeyd edək ki, Hariri Səudiyyə Ərəbistanına səfəri zamanı həyatının təhlükədə olduğunu bildirərək istefasını vermişdi. İstefadan sonra Livana qayıtmaması baş nazirin Ər-Riyadda məcburi saxlanılması barədə iddiaları gündəmə gətirmişdi.