Kral ailəsinin 150 nəfərə yaxın üzvü koronavirusa yoluxdu - ŞOK İDDİA

Baxış sayı:
3148

Səudiyyə Ərəbistanında ilk koronavirusu yoluxma halının bəyan edilməsindən 6 həftə keçməsindən sonra krallıq ailəsi üzvlərinin Kovid-19 virusuna yoluxduqları bəlli olub.

Dünya mətbuatında yayılan iddialara görə, krallıq ailəsinə yaxın olan bir şəxs ailənin 150 nəfərə yaxın üzvünün virusa yoluxduğunu bildirib. Krallıq ailəsinin müalicə edildiyi özəl xəstəxanalarda işləyən həkimlərin xəstəxanada yoluxma ehtimalı olan ailə üzvləri üçün 500 yer hazırladıqları bildirilir. “Nyu-York Tayms” qəzetinin yaydığı xəbərə görə, Kral Faysal Xəstəxanasının rəhbərliyi həkimlərə bu vəziyyəti çərşənbə axşamı günü göndərilən “həyacan siqnalı” ilə bildiriblər.

84 yaşlı Kral Salmanın özünün isə Ciddə sahilində, Qırmızı dənizdə bir adada karantin altında olduğu bildirilir. Kral Salmanın 34 yaşlı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salman və nazirlərin əksəriyyəti də Ciddə sahillərində karantin altındadırlar.

Hurriyyet.org