Kral ailəsindən Türkiyəyə gözdağı: Gülənlə görüşdülər - Video

Səudiyyə Ərəbistanının Kral ailəsinə yaxınlığı ilə tanınan Osman əl-Ümeyr FETÖ lideri Fətullah Güləni ziyarət edib.
 
Həmin ziyarətin görüntüləri ərəb mediası tərəfindən mətbuata sızdırılıb. 18 saniyəlik video böyük səs-küyə səbəb olub.
Bu səfər Türkiyənin Körfəz böhranında Qətərin yanında olmasına cavab kimi dəyərləndirilir.