​“Kəpəz” xal itirdi, “Neftçi” və “Qarabağ” isə...

Baxış sayı:
1768

Bu gün Topaz Premyer Liqasının XXIV turunda “Səbail” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan iki klub arasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb. “Kəpəz”in heyətində 19-cu dəqiqədə Dario Federiko fərqlənib, “Səbail” bu qola cəmi 5 dəqiqə sonra Faruk Miya ilə cavab verib.
Günün digər matçlarında “Sumqayıt” “Qarabağ”ı, “Neftçi” isə “Qəbələ”ni qəbul edir. Hər iki oyunda ilk hissə oynanılır.