​“Kəpəz” Türkiyədə darmadağın edildi: 1:8

Baxış sayı:
1104

Qış hazırlıqlarını Antaliyada davam etdirən “Kəpəz” bu gün növbəti matçına çıxıb.
Muxalifet.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb. Gəncəlilərin qardaş ölkədəki üçüncü sınağı darmadağınla başa çatıb. Komanda 1:8 hesabı ilə uduzub.
Qeyd edək ki, buna qədər Türkiyədəki iki hazırlıq oyununa çıxmış “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına isə qalib gəlib – 1:0.