​Kosovo Baş nazirindən Türkiyə açıqlaması: OĞURLUQDUR

Baxış sayı:
5329

6 türk vətəndaşının Türkiyəyə aparılması bir növ oğurluqdur, Kosovodan insan qaçırmaq deməkdir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Kosovonun Baş naziri Ramuş Haradinay deyib.
 “Sözügedən türklərin sərhəddən xaric edilmələri məsələsində bəzi bulanıq məqamlar var. Yaşayış icazələrinin tez-bazar ləğv edilməsi, sərhəddən xaric edilmə ilə bağlı gizlilik və mənim də bundan xəbərdar edilməməyim daxili işlər naziri və kəşfiyyat rəhbərini vəzifədən kənarlaşdırmağımın əsas səbəbidir. Kosovoda vacib olan budur, heç kim işimizi bizim əvəzimizə görə bilməz. Biz bunu özümüz edərik. Heç kimin Kosovonun daxili məsələlərində qərar mexanizmləri üzərində bir təsiri ola bilməz”, - baş nazir bildirib.
Qeyd edək ki, Priştina şəhərində Milli İstehbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat zamanı şəhərdəki Məhməd Akif kollecində dərs deyən 6 FETÖ üzvü yaxalanaraq Türkiyəyə gətirilmişdi. Kosovonun Baş naziri Ramuş Haradinac isə əməliyyatın ondan xəbərsiz keçirildiyini elan edərək, daxili işlər naziri və Kəşfiyyat Xidmətinin rəhbərini vəzifədən kənarlaşdırmışdı.
Haradinac həmçinin əməliyyatla bağlı istintaq başlatmışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazirin qərarını kəskin şəkildə tənqid etmişdi.