​Kosmosun fəthi hansı fəsadlar yarada bilər? – ABŞ alimi

Kosmosun fəthi insanlığa neqativ təsir göstərəcək.
Muxalifet.az xəbər verir ki, bunu Massaçusets Texnologiyala İnstitunun dəstəyi ilə yaradılan Skolkova Elm və Texnologiyalar İnstitutunun prorektoru professor Rupert Gertser söyləyib. Onun fikrincə, hazırda texnologiyanın inkişaf səviyyəsi kainatın bütün sirlərini bilmək üçün kifayət deyil:
“İnsanlıq hələ uzun məsafə uçuşlarına hazır deyil və kosmos insanlar üçün təhlükəli yerdir. Belə ki, çəkisizlik şəraitində bədənin temperaturu artır, görmə və tənəffüsdə, həm də sümük sistemində problemlər yaranır. Kosmos insanları ilk növbədə, radiasiya, qravitasiyanın olmaması, vakuum, həm də aşağı və ya yuxarı temperaturla təhdid edə bilər”.