Kosmosda yeni gəlişmə: Alimlər ortaya çıxardı

Baxış sayı:
6085

İtalyan astroloqlarının rəhbərliyindəki bir qrupun araşdırması Günəş Sistemindəki digər planetlər kimi, 4,5 milyard il yaşlı Saturnun 3 əsas halqasının 10 ilə 100 milyon il əvvəl çıxmağa başladığını ortaya qoyub.
 
Tədqiqatda Saturnun necə yarandıqları hələ də sirrini qoruyan halqaları olmadan milyardlarla il varlıq göstərdiyi nəticəsi əldə edilib.
ABŞ Aviasiya və Kosmos Dairəsinin (NASA) Cassini vasitəsinin müşahidələri üzərində çalışan elm adamlarının cazibə qüvvəsi sahələri yolu ilə kütlələrini hesablayaraq halqaların yaşlarını müəyyən etdikləri bildirilib.
Qrupun lideri Sapienza Universitetindən Luciano Less tapıntılarını, "bu ecazkar vəzifədən aldığımız digər bir ərməğan" sözləri ilə səciyyələndirib.
Less, "Cassini bütün digər nəhənglər kimi, arxasında uzun müddət davam edəcək bir miras buraxdı" deyib.
Saturnun halqaları böyük ölçüdə buzdan, çox az miqdarda toz və mümkün üzvi çirkləndiricilərdən yaranır.
İşin təfərrüatları “Science” jurnalında dərc olunub.
Cassini 13 illik kəşf səfərindən sonra 2017-nin sentyabrında planetin halqaları arasına dalaraq vəzifəsini bitirmişdi.
Müxalifət.az