“Kosmosda həyat axtarmağa davam edirik” - NASA-NIN RƏHBƏRİ / VİDEO

Baxış sayı:
26839

“Kainatda Yerdən kənarda şüurlu həyat mövcud ola bilər”.  Bunu NASA-nın rəhbəri, astronavt və senator Bill Nelson deyib. Onun sözlərinə görə, kosmik agentlik fəal şəkildə kosmosda şüurlu həyat izlərini, həmçinin həyatın yaranması üçün əlverişli şəraitin olduğu planetləri axtarmağa davam edir. 

"13.5 milyard il yaşı olan Kainatda başqa günəşlərin, bizim planetə bənzər başqa planetlərin yaranması mümkün idimi? Mən deyərdim ki, “bəli”. Əminəm ki, orada şüurlu həyatın varlığına dair dəlilləri də əldə edəcəyik",- Bill Nelson CNBC-yə müsahibəsində bildirib.

NASA-nın Günəş sistemindəki fəaliyyətindən danışan Nelson Marsdakı “Perseverance” aparatının “Ingenuity” helikopterinin artıq 9-cu uçuşu həyata keçirdiyini deyib. Bu dəfə helikopter havada 3 dəqiqə qalaraq, 5 metr/saniyə sürətilə hərəkət edib.

"Hazırda Ingenuity Marsda qumlu ərazini tədqiq edir ki, “Perseverance”-ın ora gedəcəyi təqdirdə qumda batıb-batmayacağını müəyyən eləsin",- NASA-nın rəhbəri əlaqə edib.