“Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya cinayətinin üstünü ört-basdır etdi”

Zərdab sakini Vidadi Muradov işdən qanunsuz çıxarıldığını deyir

Zərdab rayon sakini, H. Zərdabi küçəsi ev 11-də yaşayan Muradov Vidadi Yaqub oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Müəllif Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin onun şikayətinə baxmadığını yazır:
“Ağcabədi rayon Meşə Mühafizə və Meşə Bərpa Müəssisəsinin  müdiri Müzəffər Cəfərovun törətdiyi cinayət əməllini təsdiq edən konkret sübutlarıma Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi baxmadı və cinayət əməlinin üstünü ört-basdır etdi. Belə ki, 2003 -cu il tarixdə Ağcabədi rayon Meşə Mühafizə və Meşə Bərpa Müəssisəsinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdim. Ağcabədi rayon Meşə Mühafizə və Meşə Bərpa Müəssisəsinin  müdiri Müzəffər Cəfərov yenisinin verilməsi adı ilə mənim maaş kartımı  aldı və qaytarmadı. Hər ay kartımdan əmək haqqımı çıxarıb mənimsədiyi üçün buna etiraz edib kartımı özümə verilməsini tələb etdim. Buna görə müdir Müzəffər Cəfərov 01 may 2015-ci il tarixdə mənim xəbərim olmadan, “xəstəliyə görə işdən çıxarılmağıma dair” mənim əvəzimə kiməsə ərizə yazdırıb, imza etdirib, məni qanunsuz olaraq işdən çıxartdı.
Müdir Müzəffər Cəfərovun bu əməllərinin korrupsiya cinayəti olduğu üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edib, işdən çıxarılmağıma dair ərizənin kimin tərəfindən yazılması, imza edilməsi və maaş kartımdakı əmək haqqımın  bankomatdan kimin tərəfindən çıxarılması faktılarının qanunu qaydada araşdırılmasını xahiş etdim. Çox təssüf olsun ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi gözdən pərdə asmaq üçün mənim izahatımı aldı və heç bir obyektiv araşdırma aparmadan şikayət ərizəmdə göstərdiklərimin öz təsdiqini tapmadığını yalandan yazmaqla,  araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilməsi barədə mənə cavab məktubu göndərərək, işini bitmiş hesab etdi. Əslində isə müdir Müzəffər Cəfərovun cinayət əməllərinin üstü açıq aşkar ört-basdır edildi. Şifahi isə bildirdilər ki, bankomatdan kartlar vasitəsi ilə pul çıxaranların şəkilini robot çəkir və bu şəkillər 6 aydan sonra silinir, işdən çıxarılmağına dair ərizənin isə əslini əldə etmək mümkün olmadı deyə, ekspertiza imzanı və yazı xəttinin kimə məxsus olmasını müəyyən edə bilmir.
Bütün bunlar müdir Müzəffər Cəfərovun açıq aşkar törətdiyi cinayət əməllərinin üstünü ört-basdır edilməsi üçün bəhanələrdir. Belə ki, bankomatdan kartla pul çıxaran hər bir şəxsin şəklini robot çəkir və bu şəkil 5 ildən çox müddətdə saxlanılır, həmçinin 01 may 2015-ci il tarixdə işdən çıxarılmağıma dair yazılmış ərizənin əslinin əldə edilməməsinin mümükün olmaması açıq aşkar yalandır ki, bunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi utanmadan qeyd edir. Əgər obyektiv araşdırlıma aparılarsa, Əmək Məcəlləsinin 69-cu madəsinə əsasən, xəstəliyə görə işdən çıxarılmağıma dair ərizənin mənim tərəfimdən yazılmadığı və imza edilmədiyivə uzun müddət bankomatdan maaş kartımdan əmək haqqının kimin tərəfindən götürülməsi subut olunacaq. Həmin ərizənin əsli var, bankomatda mənim maaş kartımdan pul çıxaran şəxsin foto şəklini də əldə etmək mümkündür. Müzəffər Cəfərov cinayət məsuliyyətindən kənarda qalmaq üçün araşdırma aparan vəzifəli şəxslərə küllü miqdarda rüşvət verib cinayət əməllərinin üstünü ört basdır etdirə bilib. Mənim heç bir xəstəliyim yoxdur, tam sağlamam, işdən də maaş kartımın özümə verilməsini müdir Müzəffər Cəfərovdan tələb etdiyim üçün çıxarılmışam. Xəstə mən deyiləm, müdir Müzəffər Cəfərov korrupsiya xəstəliyinə düçar olub ki, barəsində qanunu tədbirlər görülməsinə zərurət var. Mən bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə,  Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Baş Prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə , Daxili İşlər Naziri cənab Ramil Usubova şikayət ərizələri ilə müraciəıt etmişəm və inanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb ciddi tədbirlər görüləcək.
Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirəm mənim əvəzimə saxtakarlıqla yazılıb imza edilmiş ərizə ekspertiza edilsin, bankomatdan uzun müddət maaşımı çıxaran şəxsin fotoşəkili çıxarılıb yoxlanılsın, bütün bunları vəzifə səlahiyyətlərindən sui-istifadə edib bu saxtakarlıqları, özbaşınalıqları həyata keçirmiş Ağcabədi rayon Meşə Mühafizə və Meşə Bərpa Müəssisəsinin  müdiri Müzəffər Cəfərovun barəsində dərhal cinayət işi başlanılıb qanunu tədbirlər görəsiniz. Mətbuat vasitəsi ilə həmçinin Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn  Bağırova müraciət edib bildirirəm ki, belə bir saxtakarı, yaramazı vəzifədə saxlamaq sizə ləkə gətirir. Gəlin araşdırın, sizə göstərim ki, hektarlarla meşə zolağını Müzəffər Cəfərov qanunsuz olaraq qırdırıb, məhv edib. Xahiş edirəm komissiya təşkil edib bu faktları mənim iştirakımla yoxlayın”.
Muxalifet.az