​Körpü uçdu, park rəhbəri işdən çıxarıldı

Baxış sayı:
5365

Moskvada yeni il tədbiri zamanı Qorki parkındakı körpünün uçması səbəbi ilə park rəhbəri Marina Lyulçuk vəzifədən azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Moskva Bələdiyyə sədri Sergey Sobyan yayıb.
O bildirib ki, 13 nəfərin yaranlanmasına səbəb olan hadisə araşdırılır:
"Körpünün uçma səbəbi dəqiqliklə araşdırılır. Ancaq park rəhbərliyinin də ciddi nöqsanı olması aşkardır. Marina Lyulçukun vəzifədən azad edilməsi barədə təlimat verdim. Bu qərarı asanlıqla vermədiyimi deyə bilərəm".
Qeyd edək ki, Qorki parkında olan körpü yeni il tədbiri ərəfəsində uçmuşdu. Hadisə nəticəsində 13 nəfər yaralanmışdı.