Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu - FOTO

Baxış sayı:
3763
Bugünlərdə Moderator.az saytında yayımlanan “Mendeleyev cədvəlindəki bu element koronavirusun dərmanıdır” başlıqlı yazımda elan etmişdim ki, Mendeleyevin ölümündən sonra onun tərtib etdiyi Elementlərin Dövrü Sistemi saxtalaşdırıldı. Buna görə də hazırda bəşəriyyətin bəlasına çevrilən koronavirus infeksiyasına qarşı dərman tapmaq mümkün deyildir. Virus kabus kimi insanları məhv etməkdədir...
 
Yazıda qeyd etmişdik ki, 1906-cı ildə nəşr olunan və arxivlərdə saxlanan “Kimyanın əsasları” kitabındakı cədvəldə sıfır qrupu mövcuddur.  Burada olan yeganə element “Nyutoniy”-dir. Ancaq, 1907-ci ildən (Mendeleyev öləndən) sonra nəşr olunan kitablarda nədənsə bu elementə rast gəlinmədi. Element insanlardan gizlədildi. 
 
 
Hazırda bu elementin öyrədilməməsinin nəticəsidir ki,  tibb elmi  bir çox xəstəliklərin, o cümlədən də koronavirus xəstəliyinin dərmanını tapa bilmir. Xatırladım ki, bu elementin sirlərini bilən böyük Alim  Nikola Tesla daimi işləyən mühərriki yaratdı və enerjinin naqilsiz ötürülməsini kəşf etdi. Lakin, N. Tesla müəmmalı şəkildə öldürüldü və onun bütün hesablamaları yoxa çıxdı. 
 
Həmin yazıda qeyd etmişdim ki, bu elementin sirlərini bildiyimə görə bunu tibb elminə tətbiq etmişəm. Nəticədə  bugünə qədər sağalmaz hesab edilən bir çox xəstəlikləri (xərçəng, dağınıq skleroz, parkinson və s) uğurla müalicə etmişəm. Hazırda Dünyaya yayılmış və yüzminlərlə insanın həyatına son qoyan koronavirus bəlasını da həmin bu gizlədilmiş elementin köməyi ilə sağaldıram. 
Bu bəyanatımdan sonra ünvanıma çoxsaylı zənglər və suallar gəlməkdədir. Zənglərin bir çoxu koronovirusa yoluxmuş və xəstəxanalarda müalicə alan insanlardan idi. Onları onlayn seans etdim. Bəziləri tam sağalıb, bəziləri ilə seanslarımız davam edir...
 
Ünvanıma gələn sualların çoxunun məzmunu bundan ibarət idi ki, ortaya qoyduğum iddianı rəsmən təsdiq edim. Yəni, xəstəni sağaltmağım barədə ortaya rəsmi sənəd qoyum. Cavab verirdim ki, yaxın günlərdə sağaltdığım xəstələrin test cavablarını təqdim edəcəm. 
Artıq həmin gün gəlib çatdı və mən bir həkim olaraq ortaya qoyduğum iddianı sübut edən sənədləri moderator.az saytı vasitəsi ilə cəmiyyətə təqdim edirəm. 
Öncə onu qeyd edim ki, sağaltdığım xəstələrin bir neçəsi məlum səbəblərdən  adının çəkilməsini istəmir. Biz də qanuna uyğun olaraq onların adlarını gizli saxlamaq məcburiyyətindəyik. Ancaq onlardan bir nəfəri adının və sənədlərinin yayılmasına razı oldu. Həmin pasiyentimin adı Seymur Ağayevdir. Bu azərbaycanlı gənc Türkiyənin Tokak dövlət xəstəxanasından aradı məni. Yazdı ki, martın 23-dən öskürək, sinə ağrıları və mədə-bağırsaqdakı yanğılarla həkimə müraciət etdim. Testin nəticələri pozitiv çıxdı və məni xəstəxanaya aldılar...
 
Seymur  mənə müraciət edəndə artıq ayın 27-si səhər saat 10  idi və o, öskürəkdən, sinədəki ağrılardan demək olar ki, nəfəs ala bilmirdi.  Dərhal onu videoseans etdim və Efir enerjisini dalğalar şəklində onun sinə, boğaz nahiyyəsinə ötürdüm. Soruşdum ki, nə hiss edirsən? Dedi sanki sinəmdən nəsə çıxdı və mən yüngülləşdim. Elə mənimlə danışa-danışa dedi öskürəyim azaldı, sinəmdəki ağrılar yüngülləşdi. Axşamüstü göndərdiyi səsli mesajda Seymur deyirdi ki, mən özümü əla hiss edirəm, bu gün bütün dostlarımla görüntülü danışmışam (əvvəl öskürəkdən danışa bilmirdim)...
 
Beləliklə, martın 27-dən başlayaraq, pasiyentimi hər gün (gündə 2 dəfə) videoseans etdim. Hər seansdan sonra Seymur özünü daha da gümrah hiss edirdi. Nəhayət bu gün – martın 30-da Seymurun təkrar test cavabları neqativ çıxdı. Artıq bu gün o, Tokak Dövlət Xəstəxanasından evə buraxıldı. 
Biz də verdiyimiz vədi yerinə yetirərək, onun sağalmasını təsdiq edən sənədi  sizlərə təqdim edirik. 
 
Fürsətdən istifadə edərək, buradan dövlət rəhbərlərinə və koronavirusla mübarizə aparan dövlət qurumlarına müraciət edirəm ki, virusa yoluxmuş xəstələrlə mənim aramda videobağlantı yaratsınlar. Onlar dərmanlarla müalicə ilə yanaşı, mənim seanslarımı da qəbul edə bilərlər (əgər arzu edərlərsə). 
Hörmətlə: Dr. Paşa Yaqub