Koronavirusun yeni əlamətləri MÜƏYYƏNLƏŞDİ

Baxış sayı:
539

Koronavirus epidemiyası təhlükəsi dünyada dava edir.
Türkiyənin Səhiyyə Nazirli yanında Koronavirus Elmi Şurasının professoru Dr.İlhami Çelik yaz-yay aylarında koronavirusun ilkin əlamətlərini açıqlayıb.
O bildirib ki, bu mövsümdə koronavirusun 3 əsas əlaməti müşahidə ediləcək: “Ənənəvi olaraq ilkin əlamət öskürək, hərarət və nəfəs darlığı idi. Bu günə kimi hər üç əlaməti müşahidə edirik. Amma bunlarla bərabər yeni mövsümdə ürək bulanması, qusma və ishal halları baş verir. Payızda koronavirusa yoluxma hallarının artacağını gözləyirik. Hələlik ikinci dalğadan danışmaq mümkün deyil. Çünki birinci dalğa sıfırlanmayıb. Xəstəliyi minimum səviyyəyə endirə bilməmişik. Payızda havanın soyuması ilə əlaqədar olaraq insanlar qapalı məkanlara üz tutacaqlar. Ona görə də yoluxma sayının artacağını indidən söyləmək mümkündür. Sentyabr ayında meteoroloji vəziyyət çox vacibdir. Epidemiyanın gedişi, virusun patogen xarakteristikası müəyyənləşəcək. Payızda xəstəliyin kəskin artacağı barədə indidən danışmaq olar”./modern