Koronavirusla bağlı qorxudan araşdırma - 17 gün yaşayırmış...

Baxış sayı:
1795

Yaponiyada karantinə alınan kruiz gəmisində iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Diamond Princess” kruiz gəmisində virusun izlərinə sərnişinlərin təxliyə edilməsindən 17 gün sonra rast gəlinib. 

Araşdırmaçıları təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.

Bundan əvvəl aparılan araşdırma zamanı virusun üç günə qədər yaşaya bildiyi və gün keçdikcə zərər verməsinin zəiflədiyi bildirilirdi.

Xatırladaq ki, koronavirusun tüğyan etdiyi “Diamond Princess” kruiz gəmisi 4 Fevraldan bəri paytaxt Tokionun yaxınlığında yerləşən Yokohama limanında karantinə götürülüb. Gəmidə virusa yoluxan sərnişinlərin sayının 542 nəfər olduğu bildirilir.