Koronavirusa yoluxmuş deputat evə buraxıldı - "ARTIQ SAĞALMAQ ÜZRƏYƏM"
8-07-2020 13:49
Baxış sayı:
1511
“Xəstəxanadan evə buraxılmışam və özümü normal hiss edirəm”.
Muxalifet.az xəbər verir ki, bunu report-a Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev deyib.
O bildirib ki, artıq sağalmaq üzrədir:
“Ancaq həkimlərin məsləhət və tövsiyələrinə uyğun olaraq iki həftə ev şəraitində karantində olacam”.