Koronavirusa yoluxan Rüştünün vəziyyəti ağırdır

Baxış sayı:
2277

Bir neçə gün öncə koronavirusa yoluxan Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq qapıçısı Rüştü Rəçbərin vəziyyəti ağırdır.

Bu barədə İspaniyanın "Marca" nəşri xəbər yayıb.

Bildirilib ki, hazırda xəstəxanada olan veteran oyunçunun səhhəti həkimləri narahat edir.

Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanmışdı.