Koronavirus, yoxsa politikvirus? - TƏHLİL

Baxış sayı:
7226

Əvvəlcə şahzadə Çarlzın, daha sonra Baş nazir Boris Johnsonun “KORONA” olması çox maraqlı təsadüf idi. Şahzadə Harri artıq ailədən, saraydan qovulmuşdu. Qaçmışdı. Kraliçanın digər oğlu Jeffrey Epstein sənədində idi. Bekinqem sarayı titrəyirdi. 68 il taxtda olan Kraliça II. Elizabet çıxdı və xalqa səsləndi...
Bir müharibənin içində olduqlarını, döyüşdüklərini münasib dillə dedi.
Ancaq əvvəlcə Henri Kissingerdən yazaq...
Koronavirus yeni bir dünyanın qapısını açdı. Bunu ən yaxşı bilənlərdən biri də Henri Kissingerdir. Gələn ay 97 yaşını qeyd edəcək. Bir neçə gün əvvəl "Wall Street Journala" məqalə yazdı.

"Koronavirus dünya nizamını əbədi olaraq dəyişdirəcəkdir. Dünya iqtisadi və siyasi cəhətdən yeni nizama keçəcək. Bu yeni nizam əsrlər boyu davam edəcək", - deyə Rotşild ailəsinə yaxın olan Kissinger dedi.
Ancaq Kissinger ailəyə - Rotşildlərə deyil, ABŞ dövlətinə müraciət etdi. O, "Vaşinqton məsuliyyəti öz üzərinə götürməli və müstəqil dünya nizamı üçün addım atmalıdır", - dedi. Kissinger ABŞ-ın nəzarəti altında yeni dünya nizamı istəyir. Putin və Cinping ilə yaxın dostluğu olan Kissingerin fikirlərinə laqeydliklə yanaşa bilmərik...
Bu, yaxın tarixin bütün keçidlərində iz qoyan Kissingerin düşüncəsidir.
Kraliçanın da təsvir etdiyi “Müharibə”ni iki nəşr üzərindən izah edək...
“Time” və “Newsweek” vacib jurnallardır. Ancaq hər ikisi də qətiyyən “The Economist” və “Der Spiegel” deyillər. “The Economist” və “Der Spiegel” iki cərəyanın səsləri və gücüdür. Der Spiegel bir müddət əvvəl “BU DÖRDÜLÜYÜ DAYANDIRIN” sərlövhəsi ilə çıxdı. Nəşr “Dərin Amerikaya”a səslənərək "Tramp-Ərdoğan-Putin-Cinping ittifaqını parçalayın" çağırışını edirdi...
Bu tarixdən sonra “İpək Yolu” unuduldu, Türkiyə Rusiya ilə müharibə həddinə gəldi...
“KORONAVIRUS” bəlası dünyanı alt-üst etdi. Nə qədər qəribə olsa da, jurnalın tələbləri yerinə yetirildi.
“The Economist” Rotşild ailəsinin gələcəyini qorumaq üçün məsuliyyət daşıyır. Digər tərəfdən “Der Spiegel”, Vaşinqtondan dünyanı idarə etmək istəyən katolik hərəkatının sözçüsüdür. “The Economist”, son üz səhifəsində koronavirusun özlərinə qarşı təşkil edildiyini, “Yeni Dünya Nizamı”nı dəyişdirmək üçün ortaya çıxarıldığını işarə etdi.

Ancaq "Hər şey nəzarət altındadır" başlığı yazıldı və "Böyük hökumət, azadlıq və virus" üz örtüyü ilə çıxdı... Nəşrin üz fotoşəkili - bir it bir iplə idarə olunur.
Başqa sözlə, Rotşild "100 il əvvəl qurduğumuz nizamı dəyişə bilməyəcəksiniz. Hər şeyi həll etdik, yeni dünya nizamımız yenilənəcək, sistem davam edəcək", - mesajı verir.

Digər rəqib jurnal da işlər qarışdı...

"Der Spiegel" Rotşild ailəsinin vahid dünya dövləti üçün tərtib etdiyi “Euro”nun virus tərəfindən məhv edildiyini, yəni Avropa Birliyi ilə "euro"nun bitdiyini açıqladı. Der Spiegel Alman jurnalına bənzəsə də, Avronun bitməsini istəyir. Hətta burada jurnalın Alman jurnalı olmadığını başa düşə bilərik.
Jurnalın arxasındakı güc “Dərin Amerika” idi...
Bu iki jurnal bir-birini çox yaxşı başa düşür və dalbadal həmlələrlə bir-birinə qarşı hücum edirdi ...
"Der Spiegel" məsələni daha dəqiq şəkildə ortaya qoyurdu ...
"Dollar yenə ehtiyat pul olaraq qalacaq. Ən azı 20 il bu sistemi davam etdiriləcək. Bu rəqəmsal dollar ola bilər. Bunun üçün çalışmalar tamamlanmaq üzrədir ... "
Həm “Dərin Amerika”, həm də Rotşildlərin başçılıq etdiyi “Ailələr liqası” “Dollar” və “Euro”-dan sonra “Bitcoin” istədi ... Hər iki tərəf bu müharibəni özləri qazanacaqlarına inanırlar. Buna görə də mübarizəni, mübarizəni, "Der Spiegel" və "The Economist" vasitəsi ilə görmək mümkündür ...
Gəlin jurnalların üstündən keçək və bir az daha dərinə gedək ...
Bu iki jurnal təbii olaraq özlərinə bağlı iş adamlarına mesajlar verən xəbərlər hazırlayır.
Bunlardan ən əhəmiyyətlisi 2 ay əvvəlki üz örtüyü idi.

Hələ Avropa “Korona” ilə tanış olmamışdı, ABŞ-a yoluxmamışdı ... Ancaq Jurnal Çini üz örtüyündə nəşr edirdi!
"Der Spiegel" virus yalnız ÇİN-də olanda, koronavirus üçün 2 ay əvvəl "Made in China" başlığını yazdı. Bu gün 2 ay əvvəl atılan başlığın mənasını başa düşmək daha asandır. Onları idarə edənlərin planlarını ifşa edirdilər…Dərin Amerikanın aylar sonra Çindən trilyonlarla “dollar” istəyəcəyinin ilk işarəsi idi o üz qabığı. Çox adam başa düşmədi.

Anlaya bilmədi...

"The Economist" və "Der Spiegel"in hər bir üz örtüyü bizə müharibənin istiqamətini və ölçülərini anlamağa imkan verir. Çox dərin bir qarşıdurmanın adi insanlara və dollar milyarderlərinə təsir etdiyini görürük. Heç kim kənarda qala bilməz. Bəzən iki güc razılığa gəlmək üçün zəmini yoxlayırdılar. Ancaq, “Koronavirus”un Çində ortaya çıxması, dünyanı, daha doğrusu iqtisadi cəhətdən insanlara təsir etməsi müharibənin şiddətləndiyini sübut etdi.

3-4 ay əvvəl neft dünyada ən vacib güc idi. Bu gün neftin heç bir dəyəri yoxdur. Başqa sözlə, biz yalnız illik planların deyil, həm də gündəlik planların saatbasaat dəyişdiyi günlərdəyik. Doğrudur, qorxu və narahatlıq daim artır. Hər həftə "The Economist" və "Der Spiegel"in üz örtüklərini gözləyirik. Baş verənləri daha yaxşı anlamaq üçün…
Pulu idarə edənlərin yeni dövrdə də qala biləcəyini anlamağa çalışırıq. Ancaq onlar belə nə olacağını bilmirlər. Heç kim güvəndə deyil. Koronavirusun sonunun hara gedəcəyini onu ortaya atanlardan başqa heç kim bilmir. Yeri gəlmişkən, Avropa gözlərimiz önündə əriyəcək. Avropanın dağılma dönəmini yaşayıb görəcəyik…
"Takvim", Ergün Diler
Tərcümə etdi: Ülviyyə Şükürova