KORONAVİRUS UĞURSUZ SINAQ ZAMANI YAYILIB - Bioloji silah hazırlayırdılar, ancaq...

Baxış sayı:
673

ABŞ-ın məşhur yazıçısı Din Kunsun 1981-ci ildə yazdığı “The Eyes of the Darkness” (Qaranlığın gözləri) adlı kitabındakı mövzu yenidən gündəmə gəlib.

Müəllif kitabda “ Uhan-400” adlı öldürücü virusdan bəhs edir . Maraqlısı budur ki, həmin virus Çindəki laboratoriyada hazırlanır. Müəllifə görə, Çin “Uhan-400”dən bioloji silah kimi istifadə etməyi nəzərdə tutsa da, virus ətrafa yayılaraq ciddi fəsadlara yol açır.

Qeyd edək ki, Çində 1300-dən çox insanın ölümünə yol açan koronavirusu da Uhan şəhərindən yayılmağa başlayıb. Hətta bəzi xəbər portallarında virusun laboratoriyadan yayıldığına dair iddialar yer almışdı. Əsərdəki “Uhan-400” virusunun koronavirusdan fərqi onun 100 faiz öldürücü olmasıdır.