"KORONAVİRUS DRONLARLA ATILDI" - Şok iddia

Baxış sayı:
6962

Koronavirus hadisəsində vəziyyət düşündüyümüz kimi deyil

Epidemiyada “QORXU” böyük xammaldır, lakin alındı! Qorxuya basaraq gedəcəklər ...Birlikdə düşünək ...
Bir iş adamı və ya turist olduğunuzu düşünün ... Yanvar ayının əvvəlində koronavirus Vuhanda ortaya çıxdı.
Dünyada başlıq oldu. Mediya virusdan əvvəl yola çıxdı və hər yerə qorxu saldı. Çin Vuhan ilə birlikdə ətrafındakı 12 şəhəri karantinaya aldı. Bu şərtlərdə Çinə gedərdinizmi? Hansısa ağıllı adam gedərmi? İkinci sual: Koronavirus necə oldu ki, bu sürətlə yayıldı?
Əlbətdə insandan insana keçir. Təbii və mümkündür. Ancaq bu qədər sürətli olması qəribə deyilmi? Vuhandakı epidemiyanın hətta elektron poçtun sürətindən də tez yayılması qəribə deyilmi?
Hadisənin "Bioloji savaş" olması ehtimalı əvvəlcədən var idi. Koronavirus mərkəzdə Çini vurdu. Bio-müharibə hücumlarının ən iri miqyaslısı Çində başladı. İran və Avropa Çinin ardınca gəldi. İtaliya ilə rəsmi olaraq Avropaya yayıldı.

Nəfəs ala bilməyəcək vəziyyətdə gətirildi. Beləliklə, bunun Avropaya yayılması bizi təəccübləndirdimi? Əlbətdə xeyr! Bioloji müharibə cəbhələri keçərək irəlilədi. Hədəfə doğru ... Hazırda təqaüddə olan CIA və NSA agentləri, koronavirusun İtaliyaya və İrana yayılmasıyla bağlı maraqlı iddia irəli sürdülər: "Dronlar” əvvəlcə İranda, daha sonra İtaliyada görüldü. İtaliya da “Koronavirus”ları ünvana çatdıranlar da “Dronlar” idi! Qorxu, çaxnaşma və ölüm hava hücumları ilə başladı ...". CIA və NSA-da işləyən agentlərin bu iddiasını nəzərdən qaçıra bilmərik.
Koronavirusun yayılma sürətini nəzərə alsaq, bunun xüsusi hazırlanmış əməliyyatla həyata keçirildiyi gümanını gözardı edə bilmərik.
Çünki Fransa da, İngiltərə də çox təsirləndi. Eləcə də Almaniyada ... Ancaq İran və İtaliyada sürətin nə qədər təsirli olduğunu görürük.
Bunu dronlardan yağan yağışla əlaqələndirirlər! Əslində, İtalyan kəşfiyyat agentliyi SISMI, dronlarla virus hücumu təşkil edildiyini etiraf edir. Əlbətdə o, heç kəsin eşitməyəcəyi şəkildə söyləyir ... Bu hücum, keçən həftə İtaliya prezidenti Sercio Mattarellaya təqdim olunan hesabatda ətraflı izah edildi. Əslində İtaliya bir hücum gözləyirdi. Əsas hədəf terror hücumu idi. Trampı Ağ Evə götürən adam olaraq bilinən Stiv Bannon "Suverenlik inqilabı İtaliyada başlaya bilər" dedi. O, İtaliyanın Avropadakı Katolik dünyasının ən əhəmiyyətli nümayəndəsi olduğuna və bu gücün Dərin Amerika ilə böyüyəcəyinə inanırdı. Bu plan baş tutmadı.

İtaliya Çinə üstünlük verdi, “İpək Yolu" və başqa məsələlərdə çinlilərə söz verdi. İndi İtaliyaya kömək edən yeganə ölkə Çindir! Bu səbəbdən, ortada “İtaliyaya dronlar virus gətirdi” iddiası var...
İndi də İtaliyada heç bir şey əvvəlki tək olmayacaq. Bannon dəfələrlə İtaliyaya xəbərdarlıq etdi. Buna görə İtaliya kəşfiyyatı və daxili işlər nazirliyi diqqətini terror hücumu üzərində toplamışdı . Hətta bir futbol matçında terror hadisəsini gözləyirdilər.
Bioloji hücumlar pilotsuz dronlarla başladısa, deməli, artıq dünya üçün təhlükəsizlik və sülh yoxdur. Çünki böyük hərbi əməliyyatın xərclərini bilirik. Bill Gates bu mövzuda fikirlərini paylaşdı: “Bir virusla dünya iqtisadiyyatını çökdürə bilərsiniz. Yeni iqtisadi sistemin əsasını da qoya bilərsiniz”.
Ucuz, lakin olduqca təsirli bir üsuldur.
Rusiya koronavirusa ən az məruz qalan ölkə olduğunu söyləyir. Rusiyanın bunu söyləməsinin mənası var, amma çox cüzi. Koronavirusun gəlməsinə ehtiyac qalmadan neftin qiyməti ilə Kreml artıq çuxura düşdü ... Virusa verilmiş vəzifə yox idi ... Neft qiymətlərinin 65 dollardan 25 dollara enməsinin əsas hədəfi Rusiyadır.
Çinə qarşı aparılan hər iqtisadi əməliyyatın arxa planında  Rusiya var. Dərin Amerika bunu belə oxuyur ... Ən azından Putini bu kateqoriyaya qoyur ...
Dünya artıq bildiyimiz kimi dünya olmayacaq.
Bu müharibə təlimi olsa da və bundan sonra əsl oyun gəlsə də koronavirus ilə hər şey yenidən yazılacaq ... Hər bir fərd, hər ailə, hər şirkət, hər şəhər, hər bir ölkə yeni bir dövrə girməli olacaq. Görünməz bir virusun təsiri artmaqda davam edir ... Vəziyyət İtaliya üçün ağırdır ... Artıq Bannonun istədiyi hər güzəşti etməyə hazır olan bir İtaliya var. Ölkələr bu qədər qəddar bir metodla qarşılaşırlar ... Üçüncü dünya müharibəsi, nə birinciyə, nə də ikincisinə bənzəməyəcək ...

Bu göz qabağındadır. İngilis Kral ailəsi hamıdan əvvəl hədəf alındı.
Üstün qana aid ailələr ... Rachel Meghan Markle ailəyə gəlin olaraq girdi. Ancaq sonda həyat yoldaşı şahzadə Harry ilə birlikdə saraydan qovuldu. Bu, əslində İngilis krallığının sonunun çatacağına işarə idi. Parçalama və parçalanma başladı. Artıq bu məqamdan başladı.
Virusla hücum edən ağıl A,B,C planlarını da tərtib edib. Hər insanın tək başına kral olduğu, dövlət olduğu, qərar verici olduğu və kölə olduğu sistemə keçirik. Əgər bu “Koronavirus epidemiyası” bir dəyişiklik üçün sınanana təlimdirsə bir müddət sonra ikinci bir mərhələ gələcək. İqtsadi və hərbi hədəfləri olan siyasi əməliyyatla üz-üzəyik. Dövlətlər vətəndaşlarına yardım edəməyəcək hala gətirilir. Dövlət anlayışı çökdürülür. Sərhədlər bağlandı. Əlaqələr kəsildi. Çarəsizlik tirajlanır. Elə istənilən də budur. Bunların hamısı “Qorxu” sayəsində edildi. Qalib kim olacaqsa dünyanı dəyişdirən də o olacaq. Gedişat budur.    
"Takvim", Ergün Diler
Tərcümə Muxalifet.az-ındır