Koronavirus bu dəfə Trampın qızının köməkçisində AŞKARLANDI

Baxış sayı:
1770

Yeni növ koronavirus bu dəfə ABŞ prezidenti Donald Trampın qızı İvana Trampın şəxsi köməkçisində aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə İvana Tramp özü açıqlama verib.

Amma son bir neçə həftə ərzində İvankanın köməkçisi ilə yaxından deyil, uzaqdan işlədikləri bildirilib. 

ABŞ mediasında xəbər verilir ki, İvanka Tramp və həyat yoldaşı Cared Kuşnerin üzərində cümə günü aparılan test nəticəsi neqativ çıxıb.

Cümə axşamı Trampın köməkçisində testin nəticəsinin müsbət çıxmasının ardından bu dəfə də vitse-prezident Pensin mətbuat katibi Keti Millerdə korona testinin müsbət çıxdığı açıqlanıb. 

Bu hadisə Pensin Lova ştatına səfərini gecikdirib.