Körfəz böhranının həllinə hazırıq - Qətər

Qətər Körfəz böhranını dialoq yolu ilə həll etməyə hazırdır.
 
Bu sözləri Qətər əmiri Şeyx Tamim əl-Sani deyib.
“Hansısa razılaşmanın həyata keçirilməsi üçün zor tətbiq etmək olmaz. Hər hansı bir dövlətin daxili işlərinə və milli suverenliyinə müdaxilə olunmadan bütün tərəfləri qane edəcək qərarları qəbul etmək lazımdır”, - əmir bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün Qətərə embarqo tətbiq edilib. Onlar barışıq üçün rəsmi Dohaya qarşı bir neçə şərt irəli sürüblər.