Koreyanı ABŞ-a qarşı bu ölkələr qızışdırır

Gürcüstan, Ukrayna, Smolensk, MH17 təyyarəsinin taleyi – bütün bunlar rus imperializminin nəticələrinin nə olduğunu göstərdi.
 
Bu barədə Polşanın Müdafiə naziri Antoni Matsereviç danışıb.
“Son illərdə Şərqdə gərginliyin artması müşahidə olunub. 2008-də Gürcüstana, daha sonra isə Ukraynaya hücum edildi. Rus ordusu Suriyaya daxil oldu və Şimali Koreya Rusiya və Çinin dəstəyi ilə strateji müttəfiqimiz olan ABŞ-a qarşı birbaşa nüvə və ballistik raketlərin sınaqlarını aparır”, - Matsereviç bildirib.
Müdafiə naziri Smolensk faciəsinin də eyni cərgəyə aid olduğunu və həqiqətlərin gizlədilməsi üçün tədqiqat prosesinin Rusiyaya verildiyini söyləyib.