"Koreyada Ukraynaya məxsus raket motorları aşkarlanıb" - ZAXAROVA

 Şimali Koreyada aşkarlanan Ukrayna şirkətinə aid raket motorları beynəlxalq platformalarda gündəmə gətiriləcək.
 
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu məsələ istənilən halda gündəmə gətiriləcək”, - sözçü qeyd edib.
Xatırladaq ki, “Nyu York Tayms” qəzetində yayımlanan araşdırma məqalədə Şimali Koreyada müəyyən edilən raket motorlarının Ukraynanın “Yujmaj” şirkətinə aid olduğu iddia edilmişdi.