Koreya yarımadasında gərginlik: ABŞ izləyir...

Baxış sayı:
7063

Şimali Koreya yeni qısa mənzilli raketini sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb. Baş Qərargah tərəfindən verilən açıqlamada Pxenyanın şənbə günü açıq dənizə bir neçə qısa mənzilli raket atdığı bildirilib. Məlumatda raketlərin səhər saatlarında Vonsan şəhərindən atıldığı qeyd edilib.
Cənubi Koreya tərəfi vəziyyətdən narahat olduğunu bildirib, Pxenyana Koreya yarımadasında hərbi gərginliyi artıracaq hərəkətləri sonlandırmaq barədə çağırış edilib.
Cənubi Koreya Prezident Adminstrasiyası tərəfindən verilən açıqlamada isə Şimali Koreyadan nüvə silahlarından təmizlənmə müzakirələrinə sürətli şəkildə başlanması ilə bağlı addım gözlədikləri qeyd edilib.
Ağ Evin mətbuat katibi Sara Sanders isə ölkəsinin Şimali Koreyanın atdığı addımlardan xəbərdar olduğunu və baş verənləri diqqətli şəkildə izlədiklərini deyib.