​“Kor Hüseyn” həbs olundu - Lənkəranskinin dəstəsinə növbəti zərbə - FOTO

Çeçenistanın paytaxtı Qroznı şəhərində Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları "Kor Hüseyn" ləqəbli "qanuni oğru" Hüseyn Əhmədovu həbs ediblər.
Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, 51 yaşlı "vorzakon"un üzərində külli miqdarda narkotik vasitələr - "metadon" və kokain aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, "Kor Hüseyn" Çeçenistanın kriminal aləmində ən məşhur və ən yaşlı (təcrübəsinə görə) "qanuni oğru"lardan biri hesab olunur. 80-ci illərdə bu "işə" başlayan Əhmədov 6 dəfə həbs olunub.
"Kor Hüseyn" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. O, Türkiyədə Rövşən öldürüldüyü günə qədər onun yanında olub.  Lənkəranskinin qətlindən sonra İstanbulu tərk edərək Çeçenistana qayıdıb.