Köpəkbalığı gənc idmançını öldürdü

Baxış sayı:
3313

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Massaçusets ştatında gənc oğlan çimərlikdə köpəkbalığının hücumuna məruz qalıb.
 
Hadisə Uelflit qəsəbəsindəki “Newcomb Hollow” çimərliyində baş verib.
 
20 yaşlı gənc suyun üzərində sörf edərkən köpəkbalığı onu yaralayıb. Dənizdən yaralı şəkildə çıxarılan sörfçü aparıldığı xəstəxanada ölüb.
 
Qeyd edək ki, Massaçusets ştatında buna bənzər hadisə sonuncu dəfə 1936-cı ildə qeydə alınıb.