Kopenhagendə atışma - ÖLƏN VƏ YARALANANLAR VAR

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda silahlı insident baş verib.
Muxalifət.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Polisin məlumatında qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər.