"Kopenhagen"-"Qarabağ" matçını necə izləyək?

Baxış sayı: 351

Sabah Azərbaycan futbol tarixinin ən önəmli qarşılaşmalarından biri baş tutacaq.
 
 Belə ki, "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinin cavab oyununa çıxacaq və "Kopenhagen"in qonağı olacaq.
Fanat.az xəbər verir ki, qarşılaşmanı televiziya vasitəsi ilə izləmək mümkün olacaq. Belə ki, "İdman Azərbaycan" kanalı matçı canlı yayımlayacaq. Paralel olaraq Az.TV-nin də görüşü yayımlaması gözlənilir.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Kopenhagen"i 1:0 hesabı ilə yenib.