​Könül Kərimovaya qarşı dələduzluq edən qadın apellyasiya şikayəti verib

Baxış sayı:
4405

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 15-nətəyin edilib.
Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə zərərçəkmişlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. O, bu işə görə K.Kərimovadan, ümumilikdə, 32 minmanat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib./Open