​Konte: Önəmli olan saqqal saxlamaq deyil

Rəqibimiz çox yaxşı komandadır. Futbol oynamağı bilirlər. “Qarabağ” qrupda ilk matçını bizə qarşı keçirdiyi üçün bəxtimiz gətirdi.
Muxalifet.az-ın xəbərinə görə, bu sözləri  İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Antonio Konte noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.
“Çox diqqətli olmalıyıq. “Qarabağ” “Atletiko” kimi güclü rəqiblə heç-heçə edib. Həmçinin evdə “Roma”ya qarşı yaxşı təsir bağışladılar. Qalib gəlsək, bu, bizə 1/8 finala vəsiqə qazandıracaq”, - deyə Konte bildirib.
“Çelsi”nin baş məşqçisi uduzacaqları təqdirdə saqqalının qırxacağın dair söz verməsindən də danışıb:
“Önəmli olan saqqal saxlamaq deyil. Ondan vacib məsələlər var. Lakin etiraf edim ki, saqqala qulluq etmək də çətin işdir”.
İtaliya yığmasının baş məşqçisi kimi Bakı Olimpiya Stadionunda baş tutan açılış matçında qələbə qazanmasını xatırlayan Antonio Konte bildirib ki, eyni nəticəni əldə etmək istəyir: 
“Həmin qalibiyyət İtaliyaya Avropa çempionatına vəsiqə qazandırdı. O qarşılaşmada çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadır. Sabah da çox diqqətli olmalıyıq”.
Sonda “Qarabağ”a hörmət etdiyini qeyd edən baş məşqçi Azərbaycan çempionunun “Atletiko” kimi komanda ilə iki görüşdə bərabərliyə qaldığını xatırladıb.