Konsulluqda axtarış bitdi! Polislərin üzərində qırmızı ləkələr

Baxış sayı:
6934

İtkin düşən jurnalist Camal Qaşıqçı hadisəsi üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun iqamətgahına girərək təxminən 9 saat axtarış və araşdırma aparandan sonra konsulluğa gələn araşdırma qrupu təxminən 5 saat sonra buradan ayrılıb. Əldə edilən dəlilər xüsusi qutulara qoyulub. Konsulluq binasında aparılan axtarışlardan sonra dəlil torbalarının çıxarılması zamanı, polis məmurlarının üzərindəki qırmızı ləkələr diqqət çəkib.
 
ÇOX SAYDA DƏLİL KİSƏSİNİN OLMASI DİQQƏT ÇƏKDİ
 
Konsulluqda keçirilən axtarışda çox sayda dəlil əldə edildiyi görülüb. Kisələrə qoyulan bir çox dəlil araşdırılmaq üçün polisə aparılıb. İkinci dəfə keçirilən aramada konsulluğa məxsus maşınların tək-tək araşdırıldığı öyrənilib.
 
POLİS MƏMURLARININ ÜZƏRİNDƏKİ QIRMIZI LƏKƏLƏR DİQQƏT ÇƏKDİ
 
Konsulluq binasında aparılan axtarışlardan sonra dəlil torbalarının çıxarılması zamanı, polis məmurlarının üzərindəki qırmızı ləkələr diqqət çəkib.
İlk olaraq qan ləkəsi kimi qiymətləndirilən ləkələrin, araşdırmalarda istifadə edilən kimyəvi maddələr olduğu bəlli olub.
“Vaşinqton Post” yazarı Səudiyyə jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşməsilə bağlı yaradılan birgə işçi qrupunda yer alan Türk rəsmilərin dünən Türkiyədən ayrılan baş konsul Məhəmməd əl Uteybinin istifadə etdiyi Baş Konsulluq yaşayış evindəki yoxlamaları yekunlaşdı.
Baş Konsulluq mənzilinə ikisi hadisə yerini araşdırma olmaqla, cəmi 4 mülki nömrəli maşınla dünən saat 16.40-da gələn Türk rəsmiləri 9 saat sürən axtarışdan sonra araşdırmalarını başa çatdırıb.
Mənzildə dəlil arama işini başa vuran qrup, daha sonra bölgədən ayrılıb. Konsulluq binasında 2-cu monitorinq işləri də başa çatıb.
Müxalifət.az