Konqresmen Müsəlman qadına ABŞ mətbuatından dəstək

Baxış sayı:
26626

ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü İlhan Omarın İsrail lobbisinin Amerika siyasətindəki roluna dair açıqlamalarını pisləmək üçün təqdim olunan qərar layihəsi siyasətçi və jurnalistlərin etirazına səbəb olub.
 
ABŞ Konqresinin Nümayəndələr Məclisinin ən gənc qadın üzvü Alexandria Ocasio Cortez ABŞ Konqresinin ilk hicablı Müsəlman üzvü Ilhan Omarın İsrail lobbisinin Amerika siyasətindəki roluna dair açıqlamalarını pisləmək üçün Nümayəndələr Məclisinə təqdim olunan qərar layihəsi haqqında Twitter hesabında açıqlama verib.
ABŞ-da Meksika sərhədinə hörülən divar görə hökumət bağlananda bir Respublikaçı Partiya üzvünün "Puerto Rico-ya gedin” deyə səsləndiyini xatırladan Cortez, "Ilhan Omar haqqında qınama məsələsində ən yaralayıcı olan nöqtə kimsənin Latın mənşəli və ya digər icmalardan adamlar haqqında açıqlamalar edildikdə bu səviyyədə bir pisləmə tələb etməməsidir" deyə qeyd edib.
 İnsanlara necə hiss etmələri ilə bağlı göstərişlər verməyə kimsənin səlahiyyəti olmadığını vurğulayan Cortez, "Ancaq yenə də bu sualların cavaba ehtiyacı var. Homoseksuallara nifrət, zəncilər əleyhinə, xarici düşmən ritorikaları, ya da Obamanı Keniyaya geri göndərəcəyəm, - deyən Konqresmen üçün nəyə görə ortada bir qətnamə layihəsi yoxdur" deyə haqlı sual edib.
 
Omara jurnalistlərdən dəstək
 
 ABŞ-lı jurnalist Ceremi Scahill də Twitter hesabından paylaşdığı mesajda, "Demokrat Partiyanın Ilhan Omarı avtobusun altına atması (təəssüf ki, təəccüblü deyil) rəzalətdir. Omar ölüm saçan irqçi İsrail hökumətinə ABŞ-ın verdiyi dəstək və Amerika siyasətçilərinin xarici bir qüvvənin gündəliyinə xidmət etməsinə qarşı tamamilə qanuni narahatlıqlarını dilə gətirdi" deyə qeyd edib.
“Ağıllı davranan bir cəmiyyətdə yaşasaydıq Fələstinliləri qətl edərkən belə İsrail hökumətini dəstəkləyən və lobbilərin maraqları üçün yaxın davranan bu siyasilər araşdırmaya və qınamağa köklənirdi. Onun yerinə cəsur, səsini yüksəldən bir qadına, Ilhan Omara hücum edirlər" deyən jurnalist Scahill, Omarın paytaxt Vaşinqtonda hər iki partiyanın də təzyiqi ilə üz-üzə olduğunu vurğulayıb.
“New York Times” müəlliflərindən olan Müsəlman yazıçı və vəkil Wajahat Əli də Omara qarşı İslamofobik hücumlara və Nümayəndələr Palatasındakı qətnamə layihəsinə Twitter hesabından təpki göstərib.
Əli, ““İlhanı dəstəkləyirəm” etiketini dəstəkləməlisiniz, çünki ağ Respublikaçıların antisemit açıqlamalarına göz yumarkən, Omar dəhşətli Antimüsəlman şərhlər, ölüm təhdidləri alır, iyrənc və utanc verici bir ikili standartın təcavüzünə məruz qalır" deyib.
Müxalifət.az