Konqresmen Müsəlman qadına ABŞ-da “Sionizm” əleyhdarı Yəhudilərdən dəstək

Baxış sayı:
8395

 Sionizm əleyhdarı Ortodoks Yəhudiləri ABŞ Konqresinə gedərək İsrail açıqlamaları səbəbiylə təzyiqlərə məruz qalan Nümayəndələr Palatasının Müsəlman üzvü Ilhan Omara dəstək ziyarəti edib.
 
“Neturei Karta" adlı sionizm əleyhdarı ortodoks Yəhudi camaatının lideri Ravvin Dovid Feldmen, Omara etdikləri dəstək ziyarətinə dair Anadolu Agentliyini açıqlama verib.
Feldman, dini üçün canını verməyə hazır bir Yəhudi olduğunu, lakin Sionizmlə və Yəhudi dinini ayrı gördüyünü vurğulayaraq Omarın İsrailə dair açıqlamalarını "bütün qəlbləri ilə" dəstəklədiklərini bildirib.
Ərəb və Müsəlman qonşuları ilə dostluq və həmrəylik içində olduğunu qeyd edən Feldman, deyib:
“Fələstinin işğalını dilə gətirdiyi üçün birini antisemitist olmaqda günahlandırmaq qəbul edilməz bir şeydir. Həmçinin bunun Yəhudilər naminə edilməsi biz Yəhudilərə zərər verir. Bizlər Nyu-Yorkda olduqca böyük bir məhəlləyə malikik, amma orada dalğalanan tək bir İsrail bayrağı tapa bilməzsiniz. Omara qarşı təzyiqlər faciə və qanunsuzluqdur. Omarı uzun zaman əvvəl danışılması və deyilməsi vacib olan şeyləri dediyi üçün başqalarına ibrət olsun deyə cəzalandırmağa çalışırlar. Omar doğruları deyir və buna görə buradayıq. Ona dəstəyimizi göstərmək üçün gəlmişik".
Omarın ofisinə girən Yəhudi qrupun nümayəndələri onu dəstəklərini bildirib. Qrup Omarın ofisi qarşısında bir müddət gözlədikdən sonra Konqres binasından ayrılıb.
Müxalifət.az