​"Konqresin qərarı olmadan nüvə zərbəsi endirə bilərik"

Pentaqon rəhbəri Ceyms Mettis etiraf edib ki, Donald Trampın Konqresin icazəsi olmadan preventiv nüvə zərbəsinin endirilməsinə dair göstəriş verməsini təsəvvürünə gətirir.
Report xəbər verir ki, Mettis bu bəyanatla bazar ertəsi Birləmiş Ştatların xaricdə hərbi güc tətbiq etməsinə həsr olunmuş Konqres Senatının Xarici işlər üzrə komitəsinin dinləmələrində çıxışı zamanı deyib.
"Biz görsəydik ki, onlar buna [ABŞ-a nüvə zərbəsi endirməyə] hazırlaşırlar və bu qaçılmazdır, o zaman mən bu vəziyyəti təsəvvürümə gətirə bilirəm", - deyə Mettis senatorun sualına cavabında bildirib.
Pentaqon rəhbəri həmçinin qeyd edib ki, "elə olarsa, qərar son dərəcə diqqətlə nəzərdən keçiriləcək".