Konqres Trampın irqçi siyasətini qınadı

Baxış sayı:
136

ABŞ Nümayəndələr Palatası prezident Trampın Konqresin qadın üzvlərinə yönəlik "irqçi" twitter paylaşmalarını qınayan qərar qəbul edib.
 
ABŞ Nümayəndələr Palatası bu gün prezident Donald Trampın Konqresin 4 qadın üzvünü hədəf alan, "irqçi" olaraq xarakterizə edilən Twitter paylaşmalarını qınayan qərar layihəsini səsverməyə buraxıb.
Qərar 187-yə qarşı 240 səslə qəbul edilib.
Qeyd edək ki, prezident Tramp bazar günü rəsmi Twitter hesabından etdiyi paylaşmada, Konqresin Müsəlman qadın üzvləri Ilhan Omar və Raşida Tlaibla yanaşı, Alexandria Ocasio-Cortez və Ayanna Pressleyi "proqressiv demokrat Konqres üzvləri" olaraq xarakterizə etmiş və immiqrant mənşəli olduqlarını iddia etdiyi qadın üzvlərin doğulduqları ölkələr üçün də "dünyadakı tam bir fəlakət, ən pis, ən korlanmış və ən axmaq ölkələr" ifadəsini işlətmişdi.
Bu şəxslərin ABŞ-ın necə idarə olunması lazım olduğunu söyləməsinin maraqlı olduğunu qeyd edən Tramp, "Niyə bu qadınlar ölkələrinə gedib, gəldikləri xarab və günahlarla əhatə edilmiş ölkələri düzəltmir? Sonra geri gəlin və necə olduğunu bizə nümayiş etdirin. Bu yerlərin sizin köməyinizə ehtiyacı var və kifayət qədər sürətli ayrıla bilməzsiniz. Əminəm (Nümayəndələr Məclisi Başçısı) Nancy Pelosi ödənişsiz səyahət təşkil etməkdən xoşbəxtlik duyar" deyə paylaşmasında yazmışdı.
Trampın paylaşmaları ölkədə təpkilərə səbəb olmuşdu.
Müxalifət.az