Konqresə seçilən müsəlman qadın Trampa qarşı olacaq

Baxış sayı:
112

ABŞ-ın ilk Müsəlman vəkillərindən olan Raşida Tlaibin Fələstinli ailəsi, qızlarının Fələstin üçün Trampa qarşı dayanacağını bildirib.
 
ABŞ-dakı seçkilərdən sonra Nümayəndələr Məclisinə seçilən və Amerikanın ilk Müsəlman vəkillərindən olan Raşida Tlaibin Fələstindəki əmiləri, qardaşı qızının Fələstini müdafiə etmək üçün Trampa qarşı duracağını açıqlayıb. Fələstinli bir ailənin uşağı olaraq ABŞ-da dünyaya gələn hüquqşünas Tlaib, İsrailə yönəltdiyi ağır tənqidləri ilə də tanınır. İki il əvvəl, ABŞ prezidenti Trampın Detroytda etdiyi bir çıxışa müdaxilə etdiyinə görə, həbs olunan Tlaibin Fələstindəki əmiləri Bassam və İssa, "Tramp açıq şəkildə İsrailin tərəfində olduğunu hər dəfə göstərdi" deyərək, Trampın, Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi başda olmaqla, Fələstinlilərin qəbul etməyəcəyi bir çox qərarları həyata keçirdiyini dilə gətiriblər. Qardaşı qızının artıq Trampa qarşı gələ biləcəyi bir nümayəndə olduğunu vurğulayan Bassam və Issa, bütün Fələstinlilərin və Müsəlmanların fəxr etdiyini söyləyiblər. Daha əvvəl ABŞ-ın İsrailə etdiyi maddi yardımı kəsməsi üçün müraciət etmiş olan Tlaib, məclis üzvü kimi seçildikdən sonra da Sionist medianın tənqidlərinə məruz qalıb. Tlaibin çox təhlükəli olduğunu vurğulayan Sionist media, "Müsəlman vəkil, məclisdəki gücünü İsrailə qarşı Fələstini dəstəkləyərək istifadə edəcək" deyə yazırlar.
Müxalifət.az