​Konqres Ər-Riyada qarşı istədiyi qərarı verə bilər - Tramp

Baxış sayı:
5890

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti barədə məlumata sahib ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Qaşıqçı cinayəti barədə bəyanat verən ABŞ Prezidenti Donald Tramp bildirib.
"Kəşfiyyat təşkilatımız Qaşıqçının öldürülməsinə dair bütün məlumatları araşdırmağa davam edir. Bu faciəvi hadisə ilə əlaqədar vəliəhd məlumat sahibi ola bilər", - Tramp deyib.
ABŞ Konqresinin Səudiyyə Ərəbistanına qarşı istədiyi qərarı qəbul etməkdə azad olduğunu bildirən Tramp Ər-Riyadla olan hərbi müqavilələrin ləğvinin Rusiya və Çinin xeyrinə olacağını deyib.