Konorla Həbib arasında revanş döyüşü payızda keçirilə bilər

Baxış sayı:
3037

İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqorla yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədov arasında revanş döyüşü 2020-ci ilin payızında keçirilə bilər.

Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu brədə məlumatı UFC prezidenti Deyn Uayt verib.

Onun sözlərinə görə, yanvar ayında ikiqat UFC çempionu, amerikalı Donald Serrona qalib gələn Makqreqor Həbib Nurməhəmmədov - Toni Ferqyuson duelinin qalibi ilə görüşəcək.

“Əgər Həbib Nurməhəmmədov Toni Ferqyusona qalib gələrsə Konor Makqreqorla görüşəcək. Ramazan bayramı Həbib və Toni arasında baş tutacaq döyüşdən sonra başlayacaq. Bayramın bitməsini gözləyəcək. Bu da təxmini payıza düşür”.