​Konor və Həbib UFC-dən diskvalifikasiya edildi

Baxış sayı:
2098

Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.
Diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar barədə qərar verəcək.
Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.
Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib. (oxu.az)