Konor MakQreqor karyerasını başa vurdu - FOTO

Baxış sayı:
5254

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. 30 yaşlı sabiq dünya çempionu "Twitter" səhifəsində məlumat verib:
"Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram".
Qeyd edək ki, MMA-da 21 qələbəyə nail olaraq 4 dəfə məğlub olmuş Konor MakQreqor ötən ilin oktyabrında yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.

Konor MakQreqor karyerasını başa vurdu - FOTO