“Kommunikasiya xətlərinin altında tikilən EVLƏR SÖKÜLƏCƏK” – ƏMDK-nın sədr müavini

Baxış sayı:
4153

“Özəlləşmə çeklər yenidən dövriyyəyə qaytarılmayacaq”

Ölkədə Dovlət Əmlakının Ozəlləsdirilməsi istiqamətində iki özəlləşdirmə proqramı (1997-2011-ci illər) həyata kecirilib. Lakin əhalinin əksər hissəsi dovlət tərəfindən onlara paylanan ozəlləsdirmə paylarından düzgün və səmərəli istifadə edə bilməyib. Bu və ya digər səbəblərdən əhalidə on minlərlə özəlləsdirmə payları istifədəsiz qalaraq lazımsız kağız parçasına çevrilib.
Sosial şəbəkələrdə bununla əlaqədar xüsusi qruplar yaradılıb və əllərdə qalan çeklərin yenidən dövriyyəyə qaytarılması ilə əlaqədar dövlət basçısına müxtəlif muraciətlər olunur. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2 gün əvvəl bir tədbirdən sonra”AzPolitika”nın bu barədə suallarını cavablandırıb.
- Rafiq müəllim, özəlləsdirmə paylarının yenidən dövriyyəyə qaytarılması mümkündürmü? Ümumiyyətlə 3-cü özəlləşdirmə proqramında hansı dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi gözlənilir?
– Xeyir, məndə olan məlumata görə çeklər yenidən dövriyyəyə qaytarılmayacaq.
Dövlət büdcəsinin yükünün azaldılması üçün investisiya müsabiqələri vasitəsilə büdcədən maliyyələşən bir çox qurumların, mərkəzi icra hakimiyyəti orqanlarının qeyri-profil müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulur. Bunlar əsasən elektroenergetika, rabitə, telekommunikasiya, kommunal xidmətlər, səhiyyə, təhsil sahələrini əhatə edəcək. Elə müəssisələr var ki, onların özəlləşdirilməsinə ehtiyac var. Bax bu müəssisələr özəlləşməyə cıxarılsa, onlar arasında rəqabətlilik artacaq və öz işlərini bazar prinsiplərinə uyğun quracaqlar. Biz artıq elektron xidmətlərdən istifadə edirik. Komitənin özəlləşdirmə portalı fəaliyyət gostərir, orda özəlləşmədə olan müəssisələr haqqında ingilis, rus və digər dillərdə genis məlumatlar, hərrac nə vaxt keçirilib və keçiriləcək, hərraca çıxarılan müəssisələrin xəritəsi, qiymətləri , fotoşəkillər, iqtisadi göstəriciləri və digər məsələlər barədə dəqiq məlumatlar göstərilir. Bu portalın hazırda 1 milyon 800 min istifadəçisi var. Azərbaycandan başqa Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Rusiya, Turkiyə, İran və sair ölkələr portaldakı məlumatlarla maraqlanırlar. Hər kəs bu portaldan sərbəst şəkildə istifadə edə bilər.
Bilirsiniz ki, indi bizdə elektron hərraclar keçirilir. İstənilən vətəndaş hərrac keçirilən məkana gəlmədən, elektron formada hərraclarda iştirak edir, evindən və ya iş yerindən beh də odəyə bilər. Artıq biz hərraclarda kimlər iştirak edir, onların adlarını yalnız sənədlərdə görüruk. Böyük müəssisələrin investisiya layihələri ilə özəlləşdirilməsi, idarəetməyə verilməsi üçün dünyanın 500-dən çox şirkətinə tərəfimizdən müraciətlər göndərilib. Əsasən Daşkəsən filizsaflaşdırma, sağlamlıq mərkəzləri, turizmin inkişafi üçün istirahət zonaları, səhiyyə sahəsində poliklinikalar, istehsal sahəsində zavodlar, qeyri-neft sektorunun inkişafı üçün torpaqların təyinatı üzrə səmərəli idarə olunmasına dövlət nəzarəti ölkə prezidenti tərəfindən ƏMDK-nə tapşırılıb. Komitə tərəfindən indi yeni layihələr icra edirik. Tərəfimizdən torpaqlara kosmik nəzarət olacaq. Torpaqda qruntlaşma, subasma, erroziya var. Torpağın keyfiyyətilə bağlı yerin səthində olan bütün dəyişikliklər təyin olunaraq müzakirə olunub, elektron şəkildə aidiyyəti üzrə məlumat veriləcək.
- Əkin üçun paylanan pay torpaqlarında aparılan qanunsuz tikililər və sənədsiz evlərin dövlət qeydiyyatına alınmasında hansı yeniliklər gözlənilir?
– Pay torpaqlarında aparılan tikintilərin obyektiv və subyektiv səbəbləri var. Təəssuflər olsun ki, bir çoxları kənd təsərrüfatına yararlı torpaqlarda məskunlaşıblar. Hətta elə yerlər var ki, orada 20 ildən çoxdur ki, qəsəbələr salınıb, işıq, su, kommunikasiya xətləri çəkilib, yollar salınıb. Ona görə də, bu torpaqlara yanaşma müxtəlifdir. Harda ki torpağı xilas etmək olar və kənd təsərrüfatına geri qaytarmaq olar, həmin torpaqların geri qaytarılmasından söhbət gedəcək. O cümlədən strateji obyektlərin, telekommunikasiya və enerji xətlərinin, dəmir yollarının və yüksək gərginlikli elektrik xətlərinə yaxın məsafədə tikilən evlər sökülməklə yanaşı, başqa evlər sənədləşdiriləcək. Yəni harda qəsəbələr salınıb, onların qeydiyyatı və sənədləşməsilə əlaqədar bir necə dövlət qurumu müzakirələr aparır.
Bir çox bələdiyyələr onlara aid olmayan torpaqları da satıblar. Odur ki, mülkiyyət hüququnun qorunması, yəni binaların istifadəsində olan torpaq sahələrində aparılan qeyri-qanuni tikililərlə bağlı çətinliklərlə rastlaşırıq. Belə tikililərlə bağlı yerli icra hakimiyyətləri ilə birgə mübarizə aparacağıq.