Komitə sədri NATO PA-nın vitse-prezidenti ilə görüşüb

Baxış sayı:
112

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Aqiyə Naxçıvanlı Milli Məclisdə ölkəmizdə səfərdə olan NATO PA vitse-prezidenti, Portuqaliya Milli Assambleyasının deputatı, Portuqaliya_Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Vitalino Jose Ferreira Kanaşla görüş keçirib.

Görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılmış, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.

Aqiyə Naxçıvanlı həmçinin qonaqdan ölkəsinin 2018-ci ilin noyabr ayında Parisdə keçiriləcək Beynəlxalq Sərgilər Bürosunun 164-cü sessiyası zamanı Bakı şəhərinin namizədliyini dəstəkləməsini rica etdi. Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ problemi ilə əlaqədar məlumat verdi və onun ölkəsinin də Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməsinə dəvət edib.

Cənab Vitalino Kanaş öz növbəsində səmimi qəbuldan məmnunluğunu və  nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını  bildirib.

Görüşdə Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun üzvü Jalə Əliyeva da iştirak edib.