Komitə ləğv olundu, qanun layihəsi TƏXİRƏ SALINDI

Baxış sayı:
2488

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə doqquz məsələ salınsa da, sonda qanun layihələrindən biri müzakirələrdən çıxarılıb.
Muxalifət.az oxu.az-a istinadən xəbər verir ki, gündəlikdən çıxarılan sənəd "Standartlaşdırma haqqında" yeni - ikinci oxunuşda olan qanun layihəsidir.
Buna səbəb isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin ləğvidir.
Komitənin ləğv olunması yeni qanunun müzakirəsini təxirə salıb.