​Komissiya işləyir: ƏFV SƏRƏNCAMI OLACAQMI?

Baxış sayı:
5962

Əfvlə bağlı hazırladığımız siyahı hələ tam hazır deyil. Siyahı tamamlanandan sonra cənab prezidentə təqdim olunacaq.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində imzalanacağı gözlənilən əfv sərəncamı ilə bağlı danışarkən deyib.
Ə.Nuriyev bildirib ki, hazırda əfv olunacaq şəxslərin müəyyənləşdirilməsi üçün müraciətlər araşdırılır:
 “Əfv Komissiyasının iclasları hələ başa çatmayıb. Hazırda müvafiq müraciətlərlə bağlı rəy hazırlanması üçün qərar qəbul edilir. Əlbəttə, bu rəylər tövsiyyəedici xarakter daşıyır. Siyahı tam şəkildə hazır olanda cənab prezidentə təqdim olunacaq. Prezident də Konstitusiyadakı səlahiyyətlərinə uyğun olaraq əfv sərəncamı imzalaya bilər”.
Komissiya üzvü bildirib ki, siyahının nə qədər vaxta hazır olacağı hələ məlum deyil:
“Həmçinin əfv olunacaq şəxslərin sayı ilə bağlı dəqiq fikir söyləmək çətindir. Ümid edirəm ki, Cümhuriyyət bayramı ərəfəsində belə bir əfv sərəncamı imzalanacaq”.