Kombi və maşın oğruları yaxalandı - VİDEO

Baxış sayı:
5776

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. 
Paytaxt sakini Aygün Abbasova Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “Mercedes” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Cinayəti törətməkdə şübhəli bilinən Vüqar Əkbərov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, V.Əkbərov özünə məxsus “VAZ- 2115” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb, idarə etməyə başlayıb.
İdarə əməkdaşları tərəfindən rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq edən paytaxt sakini Elvin Vəliyev də saxlanılıb. Onun Xətai rayonunda evlərdən kombi aparatı oğurladığı məlum olub. 
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb.