​“Komandamın oyunundan çox razıyam” — “Neftçi”nin baş məşqçisi

Baxış sayı:
4984

“İlk növbədə futbolçuları təbrik edirəm. Son anadək mübarizə apardılar. İki dəfə azlıqda oynadıq. Komandamın oyunundan çox razıyam”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra deyib.
- Komandanın oyunundan razı qaldığınızı bildirdiniz. Bəs hakimlərdən?
- Yanılmıramsa, 11 sarı vərəqə oldu və bunlardan 6-sı qırmızı vərəqəyə çevrildi. Şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razıyam.
- Baqali Dabo qırmızı vərəqə aldıqdan sonra gah su içdi, gah baş hakimi alqışladı, gah meydanı tərk etmək istəmədi. Peşəkar futbolçu bu cür hərəkət etməlidirmi?
- Məncə, azarkeşləri alqışlayırdı.