​Koma vəziyyətindəki qadını zorlayan axtarılır - VİDEO

Baxış sayı:
6685

ABŞ-ın Arizona ştatındakı "Hacienda Healthcare" xəstələrə qulluq mərkəzində 10 ildən bəri koma vəziyyətində olan qadın övlad dünyaya gətirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mərkəzin əməkdaşlarının dediklərinə görə, qadının hamilə olmasından doğuş başlayanadək xəbərsiz olublar.
Polis olayla bağlı araşdırmalara başlayıb. "Hacienda Healthcare"də çalışan bütün kişi əməkdaşların DNT nümunələri götürüləcək, koma vəziyyətində olan qadını zorlayanın kimliyi müəyyənləşdiriləcək.
"Hacienda Healthsare"nin icraçı direktoru Bill Timmons  istefa verib.

Videonu izləmək üçün şəklə klikləyin: 
Koma vəziyyətindəki qadını zorlayan axtarılır