“Kölgə MOSSAD”-dan ŞOK İDDİA

Baxış sayı:
11203

"Kölgə MOSSAD" kimi tanınan DEBKA İsrail kəşfiyyat saytı diqqətləri cəlb edən bir yazı dərc edib. İsrail saytı, ABŞ-ın Suriyadan çəkiləcəyi yerələrə Ərəb ölkələrinin yerləşəcəyi, buna görə də bu yaxınlarda Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səlahiyyətlilərinin Münbiç şəhərində gizli araşdırmalar apardıqlarını yazıb.
 
DEBKA-ya görə, PKK / YPG işğalı altındakı Münbiçi Misir və BƏƏ səlahiyyətliləri ziyarət edib. Heyət, YPG terror təşkilatının mövqelərini ziyarət edib və əsgərlərini yerləşdirmək üçün bəzi araşdırma və qeydlər aparıb.
 
HAVADAN MÜDAFİƏ ZƏMANƏTİ
 
Debka saytına görə, bu vəziyyət də diplomatik bir yönə sahibdir. Sayt, Ağ Evin BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Ziyad və Misirin çevrilişçi lideri Sisi ilə davamlı təmasda olduğunu yazıb. Amerikan rəhbərliyinin bu iki liderə bölgədəki Amerikan mövqelərini təhvil alması təklifini edərkən, eyni zamanda Türkiyə, Rusiya və Əsədin ola biləcək əməliyyatlarına qarşı da havadan müdafiə təmin edəcəyi zəmanətini də verib.
Xəbərdə, Əsədin Misir lideri Sisinin onu dəstəkləyən tək Ərəb lideri olduğu və BƏƏ-nin də Şamda səfirliyini bərpa etdiyi də qeyd olunub. Və bu kontekstdə Əsədin bu iki Ərəb ölkəsinin ordularının Suriyada yerləşməsinə isti baxa biləcəyi də bildirilib.
 
ABŞ-ın ƏRƏB NATO-su XƏYALI
 
İsrail saytı bir az da irəli gedərək, əgər bu, Münbiçdə baş verərsə, Suriyanın digər bölgələrində, eyni zamanda İraq sərhədində də qarışıq Ərəb qüvvələrinin yerləşdirilməsinə yol aça biləcəyini irəli sürüb.
ABŞ-ın Ərəb NATO-su xəyalını hər kəs bilir. Əgər bu baş verərsə, yalnız Misir və BƏƏ deyil, həm də Səudiyyə Ərəbistanı, Mərakeş, Əlcəzair kimi ölkələrin də ordularının bölgəyə gələcəyi və İranı təzyiq altında saxlayacağı iddia edilib.
Müxalifət.az