“Köhnə qvardiyadan sillə vuranlar gedəcək” – Zərdüşt Əlizadə

Baxış sayı:
3839

“Bir müddətdir şərti çevrədə belə ehtimallar səsləndirilirdi. Çox güman ki, köhnə qvardiyadan sillə vuranlar, heç nədən başı çıxmayanlar gedəcək, yerlərinə isə daha gənc və savadlı adamlar gələcək”.
Muxalifet.az məlumat verir ki, bunları YAP Siyasi Şurasının parlamentin buraxılması barədə qərarını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. O, “Qaynarinfo.az” saytına bu barədə danışıb.
Qeyd edək ki, bu gün YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib.
Qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Muxalifet.az